Litva Navalnının müttəfiqini Rusiyaya vermədi

  • By admin
  • 11 Fevral 2021 08:46

İnterpol vasitəsi ilə göndərilən məhkəmə qərarında Volkova qarşı yetkinlik yaşına çatmayanların icazəsiz mitinqlərdə iştiraka təşviq etmək ittihamı irəli sürülür. Bu ittiham əsasında Rusiyada üç ilə qədər həbs cəzası nəzərdə tutulur.

“Siyasi motivli təqiblər üçün beynəlxalq vasitələrdən istifadə etmək yanlış təcrübədir” – deyə, Litvanın daxili işlər naziri Aqne Bilotayte hökumət tərəfindən maliyyələşdirilən və 194 dövlətin üzv olduğu sərhədlərarası polis əməliyyatlarını koordinasiya edən beynəlxalq polis şəbəkəsi olan İnterpolu nəzərdə tutaraq bildirib.

“Volkova qarşı çıxarılan hökm Rusiyanın bu təşkilatlara üzvlüyünə dair ciddi şübhələr yaradır” – deyə, Bilotayte əlavə edib.

Volkovun ekstradisiya olunacağı təqdirdə Rusiyada iki ay müddətinə saxlanılacağını bildirən Rusiya məhkəməsi hökmün Litvanın üzv olmadığı keçmiş Sovet respublikalarının birgə təşkilatı olan Müstəqil Dövlətlər Birliyi çərçivəsində verildiyini bildirib.

Həbs barədə qərar yanvarın 17-dən bəri həbsdə olan Rusiya müxalifət lideri Navalnının sərbəst buraxılmasını tələb edən nümayişlərin artmasından sonra verilib.

Navalnının regional qərargahında strateji məsələlərlə məşğul olan Volkov Rusiyadan 2019-cu ildə rəsmilərin Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu tərəfindən çirkli pulların yuyulmasına dair cinayət işi qaldırıldıqdan sonra qaçıb. Navalnının qrupu sonuncu iş də daxil olmaqla dəfələrlə bu cinayət araşdırmasının siyasi motivli olduğunu bildirib.