Litva Rusiya və Belarusla sərhədə “əjdaha dişləri”, tank əleyhinə kirpilər və digər müdafiə vasitələr göndərib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu respublikanın müdafiə naziri Laurinas Kasciunas deyib.
Onun sözlərinə görə, dövlət dörd milyon avroya Litva istehsalçılarından əks mobillik avadanlığı alıb.
Onlar sərhəd bölgəsindəki 27 məntəqəyə çatdırılır.
İlk müdafiə texnikası anbar sahəsinin açılışı avqustun 22-nə nəzərdə tutulub.
Onlardan cəmi 27 ədəd olacaq, lazım gələrsə, baryerlər quraşdırma yerinə çatdırılacaq.
Bildirilib ki, sentyabrda Kalininqrad vilayəti ilə sərhəddə istehkamların tikintisinə başlanılacaq.
İlhamə