Litva Televiziya və Radio Yayımları Komissiyası Rusiyanın əsas televiziya proqramlarına çıxışı təmin edən 53 İP ünvanını bloklayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Monitorinq zamanı bildirilib ki, Rusiyanın müxtəlif televiziya proqramlarının, o cümlədən Aİ-nin sanksiyalarına məruz qalan proqramların canlı yayımlarına baxmaq qadağan edilib.
Rusiyanın Russia Today, Sputnik, Rusiya RTR/RTR Planeta, Russia 24/Russia 24, TV Center International, NTV/NTV Mir, Russia 1, REN TV, “Birinci kanal” telekanalları bu siyahıya daxildir.
“Qadağan olunmuş televiziya proqramları internet bağlantısı ilə yayımlandığı üçün belə qənaətə gəlmək olar ki, internet xidmət provayderləri qadağan olunmuş televiziya proqramlarının ötürülməsinə şərait yaradır. Buna görə də, onlar tənzimləmə siyahısına daxil edilmiş məzmunun əlçatan olmaması üçün bütün mümkün tədbirləri görməlidirlər”, – deyə komissiya bildirib.
Bildirilir ki, Rusiya kanallarını ötürən IP-lərin bloklaması ilk dəfə deyil. Oxşar qərarlar mart, may və iyun aylarında da qəbul edilib.
Qeyd edək ki, Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Avropa İttifaqı RT, Sputnik, Rossiya RTR/RTR Planeta, Rossiya 24/Russia 24, TV Center International, NTV/NTV Mir, Rossiya 1, REN TV və Birinci kanal telekanallarına qarşı sanksiyalar tətbiq edib.
Onlar Avropa İttifaqına və onun üzvü olan dövlətlərə qarşı dezinformasiya və təbliğat yaymaqda ittiham olunublar.
Tərcümə
Şəbnəm
Gununsesi.info