Litva Seymi Aİ-ni Gürcüstan hökümətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır

Litva Seymi Avropa İttifaqını mülki əhaliyə qarşı qəddar rəftarlara görə Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Gürcüstan hökuməti ilə rəsmi əlaqələri məhdudlaşdırmaq, həmçinin hakimiyyətə maliyyə dəstəyi dayandırmaq, vətəndaş cəmiyyətinə və azad mediaya dəstəyin artırılması fikri irəli sürülüb.

Qətnamədə həmçinin Gürcüstan hakimiyyətinin Tbilisidə dinc nümayişçilərə qarşı zorakılıqları, vətəndaş cəmiyyəti və media nümayəndələrinin hədələnməsi və qanunsuz həbsləri, Rusiyanın təbliğat dezinformasiyasının sistemli şəkildə yayılması pislənilib.

Qətnamədə Gürcüstanda keçirilən parlament seçkiləri zamanı müşahidə olunan pozuntularını nəzərə alaraq, seçkilərin beynəlxalq standartlara cavab vermədiyini və ədalətli hesab edilməməsi bildirilib.

Bildirilir ki, Seymin qətnaməsi, həmçinin Gürcüstanda seçkiqabağı dövrdə və seçki günü baş vermiş seçki manipulyasiyası, seçicilərin hədələnməsi və sistem pozuntuları ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya çağırışları dəstəkləyir.

Məlumata əsasən Seym vurğulayıb ki, baxmayaraq ki, bu yolda irəliləyişlər hələ də dayandırılır gürcü xalqının Aİ-yə inteqrasiya istəyi davam edəcək.

Qətnamə 109 səslə qəbul edilib.

 

 

 

Şəbnəm

Gununsesi.info