Litva XİN rəhbərindən Alxanlı açıqlaması

  • By admin
  • 10 İyul 2017 23:59

linas
Litva Dağlıq Qarabağ münaqişəsi zonasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyəti diqqətlə izləyir.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Litvanın xarici işlər naziri Linas Linkyaviçyus söyləyib.

O deyib: “Atəşkəs rejiminin pozulmasının davam etməsi bizi dərindən narahat edir. Nəticədə bir neçə adam, o cümlədən Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər həlak olub. Mən həlak olanların ailələrinə Litva xalqı adından dərin hüznlə başsağlığı vermək istəyirəm.

Litva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə – Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş başlıca prinsiplərə əsaslanan danışıqlar yolu ilə nizamlanmasını dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini tam dəstəkləyirik və münaqişə zonasında gərginliyi zəiflətmək üçün tədbirlər görmək çağırışına qoşuluruq”.

Gununsesi.info