Litvada istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb

  • By ilhame
  • 13 İyul 2024 22:24

Litvada istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.

Gununsesi.info Litva mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.

İdarə bildirib ki, bu ilin əvvəlindən respublikada artıq 8 belə hadisə baş verib. Üstəlik, təkcə bu ilin may ayında üç fakt qeydə alınıb.

Bundan başqa, cari ilin 6 ayı ərzində işçilərin ağır xəsarət almasına səbəb olan 54 bədbəxt hadisə qeydə alınıb.

Gununsesi.info