Martın 1-dən Litva Belarusla sərhəddəki Lavorişkes (Kotlovka) və Raigardas (Privalka) keçid məntəqələrini birtərəfli qaydada bağlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Respublikasının Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
Bundan əlavə, avtobuslarla qeyri-qanuni sərnişin daşımalarına məhdudiyyətlər və Medininkay (Kamenny Log) və Salcininkay (Benyakoni) vasitəsilə velosipedçilərin sərhədi keçməsinə qadağalar tətbiq edilir.
“Litva istiqaməti Belarus və Avropa İttifaqı sərhədində yük daşımaları üçün ən işlək istiqamət olaraq qalır. Buna baxmayaraq, qonşu tərəf bilərəkdən yükdaşıyanların və öz vətəndaşlarının sərhədi keçməsinə maneələr yaratmaqda davam edir. Litva hökuməti beynəlxalq sanksiyalara riayət olunmasını təmin etmək və təhlükəsizlik risklərini azaltmaq bəhanəsi ilə Litva-Belarus sərhədindən vətəndaşların, nəqliyyatın və yüklərin axınını azaltmaq məqsədini güdür”, – məlumatda deyilir.
Komitə qeyd edib ki, belə bir qərar nəqliyyat axınının yenidən bölüşdürülməsinə və Medininkay (Kamenny Log) və Şalçininkay (Benyakoni) üzrə yükün əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Bununla əlaqədar olaraq, qonşu tərəf tərəfindən Litva ərazisinə faktiki olaraq buraxılan yük maşınlarının gündəlik sayının təxminən 40 faiz azalacağı proqnozlaşdırılır.
Gununsesi.info