Litvadan ŞOK ÇAĞIRIŞ: Hərbi yolla həll edəcəyik

  • By admin
  • 30 Oktyabr 2022 13:06

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Rusiyanın “ taxıl müqaviləsi”ni pozmasından sonra gəmiçiliyi hərbi müşayiətçilərlə qorumağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə nazir Twitter səhifəsində qeyd edib.

“Rusiya ilə danışıqlar nəticə vermir. Putin razılaşmaları pozur və hamımızı şantaj edir. Əgər o, Ukraynadan taxıl ixracını təhlükə altına almaqda davam edərsə, azad dünya gəmiçiliyi hərbi müşayiətçilərlə qorumaq üçün birləşməlidir”, – Landsbergis bildirib.

Qeyd edək ki, oktyabrın 29-da Rusiya tərəfi Sevastopol körfəzində dayanmış hərbi gəmilərin partlaması səbəbindən “taxıl sazişi”ndən çıxdığını elan edib.

Gununsesi.info