Yanvarın 24-də Litvanın paytaxtı Vilnüsdə kənd təsərrüfatı sektorunun nümayəndələrinin etiraz mitinqi keçiriləcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Litvanın dövlət mediası məlumat yayıb.
Məlumata görə, artıq Vilnüs şəhərinin mərkəzi fermerlərin və meşəçilərin texnikası – traktorlar və yük maşınları gətirilib. Hökumət binasının qarşısında səhnənin tikintisinə başlanılıb.
Fermerlər hökumətin diqqətini maye qaza tətbiq edilən aksiz vergisinin artırılmasına, təsərrüfat yük maşınları üçün dizel yanacağına tətbiq edilən aksiz vergisinin ləğvinə, çoxillik otlaqların bərpasına, mühafizə olunan ərazilərin inkişafı, süd böhranı və digər problemlərə cəlb etməyə çalışacaqlar.
Aksiyanın təşkilatçılarından biri, Litva Kənd Təsərrüfatı Şurasının üzvü Dainius Arlauskas bildirib ki, artıq 1300-ə yaxın ağır texnika paytaxtın əsas küçəsini və kəsişən yolları doldurub. Bütün texnikanı şəhərin mərkəzində yerləşdirməyə çalışırlar.
Rokiskis bölgəsində əkinçilik fermasının sahibi Dainius Mikalaiciunas BNS-ə bildirib ki, gələn etirazçılar çox pul xərcləyiblər, o deyib ki, traktorla uzun məsafə qət etmək üçün təkcə yanacaq çox pula başa gəlir. Lakin onun sözlərinə görə, problemlər çox ciddidir və fermerlər pul xərcləmək niyyətindədirlər.
Çərşənbə və cümə axşamı səhər saat 11:00-dan 16:00-a qədər hökumət binası qarşısında fermerlər və onların tərəfdarlarının etiraz aksiyası keçiriləcək. Müxtəlif hesablamalara görə, iki mindən beş minədək iştirakçı gözlənilir.
Kənd təsərrüfatı naziri Navickas və ətraf mühit naziri Simonas Gentvilas çərşənbə günü etirazçılarla görüşməyə söz veriblər.
Gununsesi.info