Livan erməniləri Qarabağa yerləşdirilir Ermənistandan etiraf

  • By admin
  • 13 Sentyabr 2020 22:05

Beyrutda avqustun 4-də baş verən dəhşətli partlayışdan sonra bu ölkədən Ermənistana 1100-dən çox erməni gəlib.

Gununsesi.info7 xəbər verir ki, bu barədə diaspor üzrə baş komissar Ovannes Aleksanyan bildirib.

Baş komissar qeyd edib ki, gələnlərin işlə təmin olunmasına dövlət qurumları ilə yanaşı, özəl kampaniyalar da yardım edir.

“Livan ermənilərinin böyük əksəriyyəti İrəvanda yerləşdirilib, 10 nəfər isə Qarabağda məskunlaşdırılıb”.

Qeyd edək ki, Livan ermənilərinin qanunsuz olaraq işğal altındakı Qarabağda yerləşdirilməsi prosesini Ermənistan hətta gizlətmir də. Bunabaxmayaraq, yerləşdirilənlərin daha çox olduğu, sadəcə, gizlədildiyi ehtimalı çox yüksəkdir.

Gununsesi.info