Livan hərbçiləri İŞİD silahlılarını yaxaladı

  • By admin
  • 06 Sentyabr 2020 10:24

Livan ordusunun xüsusi bölmələri İŞİD qruplaşması ilə əlaqədə olan terrorçuların gizli özəyinin üzvlərini yaxalayıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Livan ordusunun mətbuat xidmətinin bəyanatına istinadən TASS bildirib.

Qeyd edilir ki, əməliyyat ölkənin şimalında keçirilib.

“Livanın şimalında, Bekaa vadisində keçirilən reydlərin gedişatında İŞİD şəbəkəsinin üzvləri saxlanılıb. Döyüşçülərdən silah-sursatlar və partlayıcı maddə götürülüb”, – sənəddə deyilir.

Məlumata görə, silahlılar İŞİD düşərgələrində hərbi hazırlıq keçiblər. Onlar Livan ordusunun patrullarına və dinc vətəndaşlara qarşı əməliyyatlarda iştirak ediblər.

 

Gununsesi.info