
Livanın “Hizbullah” hərəkatı Livanın cənubundakı sərhəd bölgəsində İsrail ordusu ilə toqquşmalarda daha bir döyüşçünün öldüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, məlumatda “Hizbullah” üzvü Mustafa Həsən Saadın “Qüds üçün canını verdiyi” deyilir.
Beləliklə, Livan-İsrail sərhədində toqquşmalar zamanı qrupun itkiləri 148 nəfərə çatıb.
Oktyabrın 8-dən sərhəddə “Hizbullah” ilə İsrail ordusu birlikləri arasında qarşıdurmalar davam edir. İsrail ordusu 9 nəfər itki verib.
Bundan əlavə, davam edən qarşıdurmalar nəticəsində Livandan 28, İsraildən isə 5 mülki şəxs həlak olub.
Gununsesi.info