İsrail Müdafiə Qüvvələri (IDF) Livan istiqamətində tapşırıqları yerinə yetirmək üçün daha dörd ehtiyat briqadasını səfərbər edir.
Gununsesi.info xəbər verir ki, müvafiq bəyanat İsrail silahlı qüvvələrinin Telegram kanalında dərc olunub.
İsrail ordusunun bəyanatında deyilir: “Vəziyyətin qiymətləndirilməsinə əsasən, İDF şimal arenasında əməliyyat missiyaları üçün əlavə dörd ehtiyat briqada çağırır”.
Əlavə olaraq, bu tədbirlərin Hizbullah hərəkatı ilə mübarizə və “İsrailin şimal bölgəsinin sakinlərinin öz evlərinə qayıtması” məqsədi daşıdığı açıqlanıb.
Bundan əvvəl İsrail Müdafiə Nazirliyinin rəhbəri Yoav Gallant Livanın cənub sərhədi boyunca Hizbullah hərəkatına qarşı müharibənin növbəti mərhələsinin yaxın vaxtlarda başlayacağını bildirib.