Livanın Suriya ilə sərhəddə yerləşən Arsel bölgəsində İŞİD-çilərlə Nüsrə Cəbhəsinin Təhrar əş-Şam qrupu arasında baş verən atışmada hər iki tərəfdən ən azı 35 nəfər öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Masdar” agentliyi məlumat yayıb.
Ölənlərdən 30-nun İŞİD-çilər olduğu bildirilib.
Onların arasında 3 səhra komandanı da var.
Təhrar əş-Şamdan isə 5 döyüşçü ölüb.
Gununsesi.info