Livan və İsrail atəşkəs elan edə bilər

  • By Admin2
  • 11 Aprel 2026 10:47

Livan və İsrail arasında atəşkəs aprelin 11-də elan oluna bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən “Al Hadath” məlumat yayıb. Telekanalın məlumatına görə, atəşkəs razılaşması şənbə günü, aprelin 11-də qüvvəyə minə bilər.

Qeyd olunur ki, atəşkəsin mümkün elanı ABŞ-nin vasitəçiliyi ilə aprelin 14-də Vaşinqtonda Livan və İsrail arasında münaqişənin nizamlanmasına dair planlaşdırılan ikitərəfli danışıqlar ərəfəsində xoşməramlı jest kimi nəzərdən keçirilir.

Gununsesi.info