
Livanda partlayış törədən radiostansiyaların fəaliyyəti 10 ildən çox əvvəl dayandırılmışdı.
Gununsesi.info xəbər verir ki, bu barədə Yapon telsiz istehsalçısı Icom bu barədə rəsmi saytında məlumat verib.
“O, təxminən 10 il əvvəl dayandırıldı və o vaxtdan bəri şirkətimiz tərəfindən təmin edilmir”– deyə şirkət IC-V82 model radioların özünü partlatması ilə bağlı vəziyyəti şərh edib.
Icom aydınlaşdırıb ki, onlar uzun müddətdir ki, radiostansiyaların əsas blokunu gücləndirən batareyaların istehsalını dayandırıblar.
Bundan başqa, partlamış qurğularda orijinal məhsulları saxta məhsullardan ayırmaq üçün zəruri olan holoqrafik plomb yox idi, ona görə də həmin konkret radiostansiyaların şirkət tərəfindən göndərilməsini təsdiqləmək mümkün deyil.
Bundan əvvəl Icom-un təhlükəsizlik və xarici ticarət şöbəsinin rəhbəri Yoşiki Enomoto vurğulamışdı ki, şirkət saxta pullardan istifadə olunduğunu inkar edə bilməz.
Gununsesi.info