Livanda rabitə cihazlarında yenidən partlayışlar olub, 100 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Livan mediası da yazıb ki, bu dəfə partladılan peycerlər deyil, noutbuklar, mobil telefonlar və avtomobil maqnitofonlarıdır. Partlayışlar yaşayış binalarında və mobil telefon mağazalarında da baş verir.
Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb.
Ölənlər arasında “Hizbullah” liderlərindən birinin oğlu da var.
Gununsesi.info