Livanda yaşayan onlarla erməni Ermənistana gətirilir

  • By admin
  • 11 Avqust 2020 19:20

Livanda yaşayan onlarla erməni Ermənistana gətiriləcək.

Gununsesi.info-nun xəbərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı “Sputnik Armenia”nın məlumatını təsdiqləyib.

Bildirilib ki, Livan erməniləri bu gün axşam saatlarında təyyarə ilə ölkəyə gətiriləcək.

Bundan əvvəl Baş Nazirin yanında diaspor məsələləri üzrə komissar Zare Sinanyan bildirib ki, 40-a yaxın Livan ermənisi ölkəyə qayıtmaq niyyətindədir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

 

 

Gununsesi.info