Livandan İsrailə atılan raketlərdən biri Tel-Əvivdəki Ben Qurion hava limanı yaxınlığında partlayıb.
Gununsesi.info xəbər verir ki, İsrailin Kan radiostansiyasının məlumatına görə, hadisə hava limanının fəaliyyətinə təsir etməyib və normal rejimdə işləməyə davam edib.
Hələ ki, ölənlər və ya yaralananlar barədə məlumat yoxdur.
İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti isə Livandan 10-a yaxın raketin sərhədi keçdiyini və onların əksəriyyətinin zərərsizləşdirildiyini bildirib. Buna baxmayaraq, raketlərdən biri ölkənin mərkəzinə düşərək partlayıb.
Gununsesi.info