Livandan təcili yardım çağırışı

Livan Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin ölkə ərazisinə davam edən zərbələri fonunda ölkəyə humanitar yardımın təhlükəsiz çatdırılması üçün hava dəhlizi yaratmağa çağırıb.

Gununsesi.info Al Mayadeen telekanalına istinadən xəbər verir ki, bunu respublika parlamentinin sədri Nəbih Berri bildirib.

Lübnan için 426 milyon dolarlık acil yardım çağrısı - 3

“Livan BMT-ni ölkəmizin mülki əhalisinə lazımi humanitar yardımın çatdırılmasını təmin edəcək hava dəhlizinin yaradılması üzərində işləməyə çağırır”, – deyə siyasətçi bildirib.

Berri həmçinin qeyd edib ki, belə bir təşəbbüs İsrailin Livana qarşı yaratdığı “hava blokadasını qıracaq”.

Eyni zamanda Livanın baş naziri Necip Mikati Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə görüşündə Livanın “tarixinin ən təhlükəli dövrlərindən biri ilə üzləşdiyini” bildirib.

Mikati, İsrailin hücumları səbəbiylə 1 milyon insanın didərgin düşdüyünü bildirib: “Köçkünlərə dəstək vermək üçün davam edən səylərimizi gücləndirmək üçün təcili olaraq daha çox yardım çağırırıq”.

 

 

Şəbnəm

Gununsesi.info