Livanın Baş Naziri istefa verdi

  • By admin
  • 29 Oktyabr 2019 19:19

Livanın Baş Naziri Saad Həriri istefa verib.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, Baş Nazir 2 həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra istefa vermək qərarına gəlib. Həriri dövlət televiziyasında müraciəti zamanı ölkədə vəziyyətin dalana dirəndiyini deyib:

“Mən prezident Mişel Auna istefa ərizəmi vermək üçün Baabda sarayına gedəcəm. Bu, bütün livanlıların arzusu idi”.

Qeyd edək ki, oktyabrın 21-dən ölkədə iqtisadi böhran əleyhinə mitinqlər keçirilir.

 

Gununsesi.org