Livanlı qadınlar bilərzik və sırğalarını sataraq Türkiyəyə yardım üçün göndərdilər

  • By admin
  • 08 Fevral 2023 20:03

Livanda bəzi qadınlar Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra bu ölkəyə yardım addımı atıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bəzi Livan əsilli qadınlar Türkiyədəki insanlara nağd yardım edə bilmək üçün öz qiymətli əşyalarıını satışa çıxarıblar.

Qüds İnkişaf Vəqfinə aid Fəcr radiosu “Mərhəmətli Ürəklər” adlı yardım kampaniyası başladıb. Livanın paytaxtı Beyrutda yayım edən radionun bu çağırış kampaniyasına Livan xalqı geniş maraq göstərib.

Əhalisinin 80 faizi yoxsulluq sərhəddində yaşayan ölkənin qadınları pul tapa bilmədikləri üçün bilərzik və sırğalarını satmaq qərarı veriblər.

Türkiyəyə dəstək vermə kampaniyasında iki günə 15 min dollar yardım toplanıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info