“Liverpul” koronavirus səbəbindən Salahı yığmaya buraxmadı

  • By admin
  • 23 Avqust 2021 17:53

Misir Futbol Federasiyası öz rəsmi saytında komandanın əsas futbolçusu Məhəmməd Salah barədə xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, “Liverpul” 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə buraxmayıb.

“Mersesaydlılar” M.Salahı milliyə buraxmadıqları üçün qarşı tərəfdən üzr istəyib.

Klub koronavirus səbəbindən bu addımı atdığını vurğulayıb və ölkədən çıxan futbolçuların İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirib.

İngiltərə klubu oyunçunun əvvəllər karantinə alındığını və bundan sonra fiziki formasını bərpa etməkdə əziyyət çəkdiyini Misir Futbol Federasiyasının nəzərinə çatdırıb.

Gununsesi.info