Liviya Prezidenti İlham Əliyevi təbrik etdi

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl – Mənfidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.

Bayramınız mübarək!”.

 

 

Gununsesi.info