
Liviyanın Qanunsuz İmmiqrasiya ilə Mübarizə Bölməsi Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) 163 Banqladeşli qeyri-qanuni immiqrantı deportasiya etdiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Liviyada yaşamaq icazəsi olmayan qeyri-qanuni mühacirlərə qarşı əməliyyatlar davam edir.
Qeyd olunub ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq çərçivəsində iyunun 10-da Benqazinin Benina hava limanından Banqladeş vətəndaşı olan 163 qeyri-qanuni mühacir öz ölkələrinə deportasiya edilib.
Digər tərəfdən, Liviya Xüsusi Vəzifələr Departamentindən verilən açıqlamada, Misrata şəhəri sahillərində bir qayıqda Sudan, Efiopiya və Banqladeşli 49 qeyri-qanuni immiqrantın tutulduğu bildirilib.
Açıqlamada 2 liviyalı insan qaçaqmalçısının da saxlanıldığı, mühacirlərin qanuni tədbir görülməsi üçün prokurorluğa təhvil verildiyi də bildirilib.
Qeyd edək ki, Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsdir.
Günay
Gununsesi.info