Liviya sahillərində 27 miqrantın meyiti tapılıb

  • By admin
  • 26 Dekabr 2021 21:44

Liviya sahillərində 27 miqrantın meyiti tapılıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətinin Homsdakı bölməsi bəyanat yayıb.

Alus bölgəsindəki sahildə aşkarlanan qayıqda 3 nəfər sağ çıxarılıb. Xilas edilən miqrantlara tibbi yardım göstərilib.

Digər sağ qalanların axtarışları davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il dəniz yolu ilə Avropaya çatmağa çalışan 2 minə yaxın miqrant dünyasını dəyişib.

Gununsesi.info