Liviya sularında daha 200 miqrant batdı

  • By admin
  • 04 Noyabr 2016 08:30

miqrant

Bu gün Liviya sahillərinə yaxın bölgədə 200-dən artıq miqrant batıb. Gununsesi.info xarici KİV-lərə istinadən bildirir ki, xilas olanların bildirdiyinə görə səhər tezdən Liviyadan yola düşən qayıqda 100-dən çox adam olub. 29 nəfər sahil keçikçiləri tərəfindən xilas edilib. Plastik qayıq Liviya sahillərindən 42 kilomertlik məsafədə suya qərq olub.

Xilasedicilər tərəfindən sudan çıxarılan iki qadın onları daşıyan digər qayıqda 120 miqrantın olduğunu deyib. 3-ü uşaq olmaqla, 12 cəsəd aşkar edilib.

Ötən ay yola düşdükdən az sonra batan qayıqda 90 nəfər boğulub.

29 nəfər sahil keçikçiləri tərəfindən xilas edilib. Plastik qayıq Liviya sahillərindən 42 kilomertlik məsafədə suya qərq olub.

Qayıqda əksəriyyəti afrikalı olmaqla, 126 miqrantın olduğu bildirilib. Onlar Liviyanın Tacura sahilindən yola düşüb. Sahil keşikçiləri günorta saat 3-də yardım zəngi alıb.

Aralıq dənizində ölən miqrantların sayı bu il 4220 nəfərdən çoxdur. 2016-cı il bu baxımdan ən ağır il hesab edilir. 2015-ci ildə bu rəqəm 3777 idi.