Liviyada bəzi neft mədənləri müvəqqəti bağlanıb

  • By admin
  • 20 Dekabr 2021 17:33

Liviyada “Şərara”, “Vəfa”, “Həmədə” kimi iri neft mədənləri müvəqqəti bağlanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Neft Korporasiyası (NOC) məlumat yayıb.

HTML tutorial

Məlumata görə, bununla əlaqədar ölkədə neft hasilatı kəskin azalıb.

Belə ki, OPEC ölkələrinin neft təsisatlarının mühafizəsi məqsədilə yaradılmış Neft Təsisatları Mühafizləri (Petroleum Facilities Guards – PFG) yarıhərbi birləşməsinin üzvləri ötən gecə ölkənin ən böyük mədəni olan Şəraranı Aralıq dənizi sahilindəki Zaviyə şəhərinin terminalı ilə birləşdirən boru kəmərin bağlayıblar. Bundan sonra gündəlik hasilat həcmi 280 min barel azalaraq 950 min barelə düşüb.

“Şərara” İspaniyanın “Repsol”, Fransanın “Total” və Avstriyanın OMV şirkətlərinin təsis etdiyi “Akakus Oil Operations” adlı birgə müəssisənin idarəçiliyindədir. “218 TV” xəbər verir ki, həmin müəssisənin rəhbəri Əhməd Əmmərin vəzifəsindən kənarlaşdırılmasına dair NOC-un verdiyi qərar PFG-nin etirazına səbəb olub.

Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkiləri keçiriləcək.

Gununsesi.info