Liviyada daha iki kütləvi məzarlıq tapıldı

  • By admin
  • 13 Oktyabr 2020 15:17

Liviyanın Tərhunə şəhərində iki kütləvi məzarlıq tapılıb.

Gununsesi.info-nun “Haber Global”a istinadla məlumatına görə, şəhərin Qanuni Əl-Rabt bölgəsində aşkar edilən ilk qəbiristanlıqda dörd cəsəd tapılıb.

Bildirilir ki, birinci qəbiristanlıqdakı axtarışlar başa çatdıqdan sonra ikinci qəbiristanlıqda araşdırma başlayacaq.

Xatırladaq ki, keçən iyun ayından indiyədək paytaxt Tripoli və Tərhunədə bir neçə kütləvi məzarlıq tapılıb.

 

 

Gununsesi.info