Liviyada daşqın qurbanlarından daha 64 nəfərin cəsədi tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti məlumat yayıb.
Son 48 saat ərzində daha 64 nəfərin cəsədi aşkarlanıb. Hökumətin Təcili Tibbi Yardım və Dəstək Mərkəzinin sözçüsü Məhəmməd Kablan bildirib ki, eyni müddət ərzində daşqından zərər çəkmiş ərazilərdə 714 xəstəyə tibbi xidmət göstərilib.
Bundan əvvəl, sentyabrın 10-da Liviyanın şimal-şərqi güclü “Daniel” siklonunun hücumuna məruz qalmışdı. Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan leysanlar gətirdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Liviyada 4 mindən çox insan həyatını itirib. 8500-dən çox liviyalı hələ də itkin düşüb.
Səid Əhmədli
Gununsesi.info