Liviyada  fransız yazarla bağlı cinayət işi açıldı

Liviya hökumətinin qərarı ilə  fransız yazıçı  Bernard Henri Lev  barəsində cinayət işi açılıb. Onun ölkəyə gəlişinin səbəbləri araşdırılır.

Gununsesi.info AA-ya istinadla bildirir ki, ilkin ittiham kimi fransalı yazıçının İsraillə sıx əlaqələri olduğu göstərilir. Yazıçının Misrat şəhərinə hansı məqsədlə gəldiyi araşdırılır. İddia edilir ki, Lev Mısrata qanunsuz səfərə gəlib.

Qeyd edilir ki, yazıçın səfərinin arxasında gizli məqamlarla bağlı ciddi şübhələr var. 

Gununsesi.info