Liviyada iki hərbi helikopter toqquşdu - ÖLƏNLƏR VAR

  • By admin
  • 19 Sentyabr 2021 19:57

Liviya Milli Ordusunun iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS” ölkədəki mənbəyə istinadla məlumat yayıb.

Qeyd edilib ki, hadisə Benina aviabazası yaxınlığında baş verib. Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.

Pilotlardan biri briqada generalı Buzid əl-Barasi olub.

Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.

Gununsesi.info