Liviyada kütləvi məzarlıqdan 208 cəsəd çıxarıldı

  • By admin
  • 01 İyul 2020 12:23

Liviyada kütləvi məzarlıqda 23 gün ərzində 208 cəsəd çıxarılıb.

Gununsesi.org bildirir ki, “Anadolu” agentliyi xəbər verir ki, Terhune xəstəxanasının morqunda saxlanılan, aralarında qadın və uşaqların da olduğu cəsədlərin üzərində işgəncə izlərinə rast gəlinib.

15 cəsədin kimliyinin müəyyənləşdirildiyi bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) təsdiqlədiyi rəqəmlərə görə, Liviya ordusu 5 iyun tarixində 11 kütləvi məzar aşkar edib.

Liviya hökuməti dəfələrlə BMT-yə, Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) və insan haqları təşkilatlarına müraciət edərək, kütləvi məzarlıqlarla bağlı beynəlxalq araşdırmanın aparılmasını istəyib.

Çağırışlardan sonra BMT Liviyadakı hadisələri araşdırmaq üçün İnsan Hüquqları Şurası yanında Liviya Beynəlxalq Araşdırma Komissiyasını təsis etmək qərarına gəlib.

Gununsesi.org