Liviyanın baş nazirinə sui-qəsd cəhdi olub

  • By admin
  • 10 Fevral 2022 19:40

Liviyanın paytaxtı Tripoli şəhərində ölkənin baş naziri Əbdülhəmid əl-Dbeybə naməlum şəxslərin sui-qəsd cəhdi olub.

Gununsesi.info BBC-yə istinadla xəbər verir ki, nazirin avtomobilinə silahlı hücum edən şəxslər hadisə yerindən qaçıblar.

Rəqib fraksiyalar Liviyaya nəzarət uğrunda mübarizə aparır və ölkənin şərqində milli birlik hökuməti baş nazirin əvəzlənməsi üçün səsvermə keçirəcək. Baş nazir Əbdülhəmid əl-Dbeybə isə səsvermənin nəticələrinə məhəl qoymayacağını açıqlayıb.

Qeyd edək ki, keçən ilin dekabrında yeni hökumətin seçilməsi üçün seçki təxirə salınıb, bu il isə səsvermə gözlənilmir.

 

Gununsesi.info