Liviyanın paytaxtında iki partlayış baş verib

  • By admin
  • 08 Sentyabr 2016 22:41

liv

 

HTML tutorial

Liviyanın paytaxtı Tripoli şəhərində Xarici İşlər Nazirliyinin (XİN) binası və Milli Birlik Hökuməti qərargahının yerləşdiyi HDQ bazası yaxınlığında iki partlayış baş verib. 

Bu barədə Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir.

Hər iki partlayışa minalanmış avtomobillər səbəb olub. İlkin məlumata görə, hadisə zamanı ölən yoxdur.

BMT-nin dəstəyi ilə yaradılmış Liviyanın Milli Birlik Hökuməti 2016-cı il mart ayından Tripolidə fəaliyyət göstərir. Şəhərdə səlahiyyətə malik silahlı qruplar hökumətlə əməkdaşlıq etmək razılığına gəlib, lakin ölkə parlamenti bunu dəstəkləməyib.

 

Gununsesi.info