Livta hökuməti Rusiya və Belarus vətəndaşları üçün qadağaları daha bir il uzatdı

  • By admin
  • 01 Fevral 2024 11:58

Litva hökuməti Xarici İşlər Nazirliyinin Rusiya və Belarus vətəndaşları üçün məhdudiyyətlərin daha bir il uzadılması, həmçinin Baltikyanı respublikaya gələn belarusların yoxlanışının gücləndirilməsi təklifini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Delfi” Baltikyanı onlayn xəbərlər şəbəkəsi məlumat yayıb.

Qanun layihəsinin izahatında qeyd olunur ki, Belarus vətəndaşlarının Şengen vizası ilə sərhədi keçdiyi hallarda Dövlət Sərhəd Xidmətinin əməkdaşları riskləri əlavə qiymətləndirməli və lazım gəldikdə daha ətraflı yoxlama aparmalıdırlar.

Qanun layihəsində həmçinin qeyd olunur ki, məhdudlaşdırıcı tədbir benefisiarları Rusiya vətəndaşları olan hüquqi şəxslərə, onların Litvada müvəqqəti və ya daimi yaşamaq icazəsinin olub-olmamasından asılı olmayaraq şamil ediləcək.

Ötən ilin yazında Seym Rusiya və Belarus vətəndaşlarına qarşı milli sanksiyalar tətbiq edib. Ukraynadakı münaqişə ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər haqqında qanun layihəsi daimi və ya müvəqqəti yaşamaq icazələrinin verilməsi, vizaların verilməsi prosedurunu sərtləşdirib və Rusiya vətəndaşlarının Avropa İttifaqının (Aİ) xarici sərhədindən keçməsini qadağan edib. Rusiya vətəndaşlarının Litvada daşınmaz əmlak almaq hüququ da məhduddur.

Hökumət məhdudiyyətlərin 2024-cü il mayın 2-dən 2025-ci ilə qədər uzadılmasını təklif edib. Bu, sənədlərin təsdiq üçün təqdim edildiyi Seym (parlament) və ölkə prezidenti Nazirlər Kabinetinin mövqeyi ilə razılaşarsa, baş verəcək.

Gununsesi.info