Lobodanın instaqramı bloklandı

  • By admin
  • 29 Mart 2022 15:18

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın instaqram səhifəsi bloklanıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib. Loboda sözügedən məsələ ilə məşğul olduğunu bildirib.

İzləyicilərinə müraciət edən müğənni qeyd edib ki, bu gün hər kər üçün çox çətin dövrdür: “Bu gün Ukraynada, həmçinin hər bir insanın içində müharibə gedir. Müharibə ən dəyərli şeyi – insanların həyatını məhv edir. Amma biz insanlığı itirməməliyik, çünki sevgi ölümə qalib gəlir”.