Lökbatan sakinindən heroin götürülüb

  • By admin
  • 06 İyul 2017 13:19

heroin_390

Lökbatan qəsəbə sakinindən ümumilikdə 1,217 kq heroin götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynovdan 52,065 qram heroin götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info