
Dairəvi yolda qəza: Sürücü həyatını itirdi
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Gununsesi.info xəbər verirki, hadisə xarici dairəvi yolun qaradağ rayonundan keçən hissəsində baş verib. Lökbatan qəsəbəsindən Beynəlxalq avtovağzal istiqamətində hərəkət edən “Niva” marakli avtomobil yolun nisbətən döngəli hissəsində qarşısında “Chevrolet” markalı avtomobilə çırpılıb. Toqquşma nəticəsində “Chevrolet” yoldan çıxaraq səkilərə dırmaşıb. Daha sonra isə Niva yani üstə aşaraq, yük maşının arxasına çırpılıb.
Qəza nəticəsində “Niva”nın sürücüsü Rahib Seyfullayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.