London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb

London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb

cda3234a-fbf7-4d37-929a-78c38d4c77c0
London metrosunda törədilmiş terror aktında yaralananların sayı 29-a çatıb.
“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” xəbər yayıb.
İngiltərənin Millli Səhiyyə Sistemindən verilən məlumata görə, yaralananların sayı 29 nəfərdir. Onların həyatına təhlükə olmadığı bildirilir.
Qeyd edək ki, cümə günü səhər Londonun qərbindəki “Parsons Green” stansiyasında partlayış törədilib. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb. Şahidlərin sözlərinə görə, əldəqayırma partlayıcı qurğu tam gücü ilə olmamaqla işə düşüb.

Gununsesi.info

COMMENTS