London metrosunda PARTLAYIŞ - FOTOLAR

  • By admin
  • 15 Sentyabr 2017 12:20

06

Böyük Britaniyanın paytaxtı Londonda metroda partlayış qeydə alınıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Londonda nəşr olunan “Metro” qəzeti məlumat yayıb.

Belə ki, partlayış “Parsons Green” metro stansiyasında qatarların birində baş verib. Nəticədə xeyli sayda insan yanığ xəsarəti alıb.

Hadisənin baş verdiyi metro xəttində qatarların hərəkəti isə dayandırılıb. Əraziyə təcili tibbi yardım və polis qüvvəsi cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

09

08

07

05

Anar

Gununsesi.info