“London Taxi” piyadanı vurub öldürdü

  • By admin
  • 10 Dekabr 2019 16:53

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza dekabrın 9-da saat 19 radələrində qeydə alınıb.

Bakı şəhər sakini R.İbrahimov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Hüseyn İsmayılovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.org