London Tehranı Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün husilərə təsir göstərməyə çağırıb

  • By ilhame
  • 31 Dekabr 2023 16:10

İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı “Ənsar Allah” hərəkatına (husilərə) təzyiq etməlidir.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron iranlı həmkarı Hüseyn Əmir Abdullahianla telefon danışığında deyib.

“Bu gün Əmir Abdullahianla Qırmızı dənizdə həm məsum insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın husiləri çoxdan dəstəklədiyini nəzərə alaraq onun bu hücumların qabaqlanmasında məsuliyyəti digər ölkələrlə bölüşməli olduğunu açıq şəkildə bildirdim”, – Kemeron qeyd edib.

Gununsesi.info