
Londonda da təhlükəsizlik tədbirləri gücləndirilib. Avqustun 3-dən etibarən vətəndaşların təhlükəsizliyini daha etibarl formada təmin etmək üçün London küçələrində əlavə silahlı polis cələb olunub.
Gununsesi. info BBC-yə istinadən xəbər verir ki, bu barədə London meri Sadiq Xan və Londonun polis şefi Bernard Xoqan-Xoy məlumat verib. Şəhər rəhbərliyi belə bir tədbirə əl atmasınn səbəbini Avropada ekstremistlərin dinc insanlara qarş hücumu ilə əlaqələndirib. Xüsusən də Fransanın Nitsa sahillərində Bastiliy gününü bayram edən kütləyə yük maşınının sürülməsi belə bir təhlükəsizlik tədbirləri görülməsini zəruri edib. Londonun polis şefi əlavə edib ki, belə hücumlar Almaniyada, Belçikada, Fransada baş verib. Biz tərəfdən belə bir hadisəyə reaksiya verməyərək proflaktik tədbirlər görməmək ağılsızlıq olardı: “Ona görə də, küçələrdə silahlı zabitləri cəlb etməklə baş verə biləcək istənilən hadisəyə zamanında reaksiya verə bilək”. Polis şefi deyib ki, silahlı polis bütün sutka ərzində London küçələrində patrul xidməti çəkəcək. İlk olaraq polis şəhərin tarixi, görməli yerlərini və vətəndaşların daha çox olduğu yerlərdə xidmət çəkəcək.
Gununsesi.info