London yanğını: - ÖLÜ SAYI 70 OLDU - MİTİNQ BAŞLADI

  • By admin
  • 16 İyun 2017 22:19

 london3

Londonda baş vermiş yanğında 65 nəfərin taleyi barədə heç bir məlumat yoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat “San” qəzetində dərc olunub.

İtkin düşənlərin yanğın zamanı xəbər vermədən binadan uzaqlaşdığı və ya həlak olduğu bildirilir.

Qeyd edək ki, “Skay Nyus” telekanalının yaydığı informasiyada itkin düşənlərin sayının 41 olduğu göstərilib.

Rəsmi açıqlamada isə bu vaxta qədər 17 nəfərin öldüyü, 79 nəfərin yaralandığı bildirilib.

***

Londonda baş verən yanğında ölənlərin sayı 30-a çatıb.

Bu barədə məlumatı İngiltərə polisi yayıb.

***

“Skay Nyus” istintaq qrupuna yaxın mənbəyə istinadla yanğında ölənlərin sayının 70 nəfər olduğu barədə məlumat yayıb.

Hazırda ölənlərin yaxınları və doğmaları mitinq keçirirlər. Onlar istintaqla bağlı dolğun informasiya və zərərçəkənlərə maddi yardım tələb edirlər.

Gununsesi.info