Londonda 1000-dən çox etirazçı həbs edilib - AKSİYAÇILARIN BAĞLADIĞI KÖRPÜ AÇILDI

  • By admin
  • 23 Aprel 2019 09:24

Gununsesi.org xarici KİV-lərə istinadən bildirir ki, Britaniya polisi bir həftə əvvəl Londonda iqlim dəyişikliyinə görə baş qaldıran etirazlar səbəbi ilə 1065 adamın həbs edildiyini bildirib.

Həbs edilənlərdən yalnız 53-nə rəsmi ittihamlar irəli sürülüb.Polis Uoterlo körpüsünün gecə nəqliyyat üçün açıldığını deyib. Bu körpü nümayişçilər tərəfindən tamamilə bağlanmışdı.

Oksford küçəsi və Parlament meydanı bir gün əvvəl təmizlənib.

Qeyri-zorakı aksiyaçılar hökumətlə tələbləri barədə müzakirələri gözləyir.