Londonda Azərbaycanla bağlı lövhələr quraşdırıldı 

  • By admin
  • 30 May 2021 20:45

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup” və Britaniya Azərbaycanlıları Assosiasiyanın birgə təşkilatçılığı ilə London şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.

Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, lövhələrdə 28 may tarixinin Azərbaycanın Respublika Günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. Lövhələrdə məlumatlar Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda yerləşdirilib.

Lövhənin qarşısından soydaşlarımıza müraciət edən diaspor fəalları Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər və “Yaşasın, Azərbaycan!” şüarını səsləndiriblər.

Gununsesi.info