Londonda bıçaqlı şəxs məsciddə namaz qılan din xadiminə hücum edib.
Gununsesiaz.info xarici KİV-ə istinadən xəbər verir ki, boynundan bıçaqlanan 70 yaşlı şəxs xəstəxanaya çatdırılıb. Onun həyatı üçün hər hansı təhlükə yoxdur. İnsidenti törədən isə yaxalanıb.
Bıçaqlanan şəxsin məscidin müəzzini olduğu bildirilir. Hücum edənin isə tez-tez məscidi ziyarət etdiyi məlum olub.
Gununsesiaz.info