Londonda metroya hücumla bağlı ikinci şübhəli saxlanılıb

  • By admin
  • 17 Sentyabr 2017 17:00

18london-master768
15 sentybarda London metrosunda törədilən hücumla əlaqədar ikinci şəxs saxlanılıb.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, Parsons Green stansiyasında baş vermiş və 30 nəfərin xəsarəti ilə nəticələnən hücumu törətməkdə şübhəli bilinən 21 yaşlı gənc Londonun Hounslou rayonunda ələ keçirilib.

Bundan əvvəl isə daha bir nəfər Britaniyanın cənub-şərqindəki Dover dəniz limanı rayonunda saxlanılmışdı.

Təhlükəsizlik orqanları ölkədə terror hücumu təhlükəsinin ən yüksək səviyyəyə çatdırıldığını bildiriblər.

 

Gununsesi.info