Londonda avtomobilin piyadaların üstünə sürülməsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Şəhərin cənubunda baş verən hadisədə sürücü idarəetməni itirərək səkidə hərəkət edən bir qrup yeniyetmənin üzərinə sürüb. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb.
Sürücü qəzadan sonra hadisə yerindən qaçıb. Polis onun axtarışlarına başlayıb.
Hüquq-mühafizə orqanları sürücünün hadisəni qəsdlə törətməsi barədə açıqlama verməyib.
Gununsesi.info